IYDU

IYDU
Loqonun şəkli
Növü Beynəlxalq təşkilat
Yaranma tarixi mart 1991
Mərkəzi
iydu.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Gənc Demokrat İttifaqı (IYDU) sağ mərkəzçi siyasi gənclər təşkilatlarının qlobal alyansıdır. 1981-ci ildə yaradılmışdır. Sonradan isə 1991-ci ildə bərpa edilmişdir. IYDU-nun 80 ölkədən127 tam hüquqlu üzvü və müşahidəçi üzvləri vardır. İDU-Beynəlxalq Demokrat İttifaqının gənclər təşkilatları qoludur.

IYDU-nun İnternet Arxivləşdirilib 2006-07-18 at the Wayback Machine səhifəsində təşkilatın aparıcı dəyərləri kimi demokratiya, insan hüquqlarına ehtiram və azad ticarət göstərilmişdir:

  • IYDU hesab edir ki, hökumətin ən uzun müddətli forması tam məşğulluq vəziyyətində olan bir cəmiyyətdə möhkəm kökləri olan həqiqi demokratiya ola bilər.
  • IYDU hesab edir ki qorxu və təqib olmadan, xüsusən də irqi, dini və ya cinsi əsaslara dayanaraq yaşamaq əsas insan hüququdur. Bu əsas azadlıq növü digər insan hüquqlarının mövcudluğunu təmin edən ilkin zəmindir. Qorxudan azad olmaq hissi mövcud olduqda, bütün fikirlər ifadə edilə bilir. Həqiqi demokratiya yalnız o halda inkişaf edir.
  • IYDU hesab edir ki azad ticarət insanların azad olmasına imkan yaradır. Belə ki azad ticarət yaradıcılığı inkişaf etdirən, iqtisadi artımı dəstəkləyən, insan hüquqlarının müdafiəçisi olan fərdi azadlığı təmin edən bir sistemi quran yeganə yoldur.
  • IYDU ciddi şəkildə dövlətlər arasında ticari baryerlərə zidd çıxış edir. Yalnız azad ticarət həqiqi iqtisadi azadlıq təmin edir. Biz bunun belə olmasına dünyanın 1 milyard əhalisinin içində yaşadığı hədsiz yoxsulluğa son qoyulması üçün inanırıq. Azad, lakin istismarçı xarakter daşımayan ticarət əsas rol oynaya bilər.

IYDU üzv təşkilatlar üçün hər il təşkil olunan müxtəlif tədbirlərə ev sahibliyi edir. Bunlara Azadlıq Forumu (ilin ortası), illik şura toplantısı və xarici ölkə nümayəndəlikləri ilə görüşlər daxildir. IYDU-nun tədbirlərindəki spikerlər sağ-mərkəzçi qrupdan hazırkı və keçmiş dövlət rəsmiləri və digər əhəmiyətli siyasi xadimlər olur. IYDU-nun konfranslarındakı nümayəndələr nazirlər, Parlament üzvləri, ali məşvərətçilər, özəl və ictimai sektorda sənaye liderləri vəzifəsinə qədər ucalıblar.

IYDU qərargahı Norveçdə, Oslo şəhərində yerləşir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search